12 may 2011 14:01
Popoviç: Əsas odu ki, almanlar mənim hazırlığımdan razıdılar
Xəbər verdiyimiz kimi “Abşeron”un qapıçısı Andrey Popoviç Almaniyanın Düsseldorf şəhərinin “Fortuna” klubuna baxışa yollansa da, bəyənilməyib. Lakin o, klubunun rəsmi saytına açıqlamasında almanların ondan razı qaldığını iddia edib. Azerisport.az həmin açıqlama ilə sizi də tanış edir:
“Hazırlığımdan narazılıqları yoxdu və bu baxış ilkin tanışlıq xarakteri daşıyır. Çempionatın gedişi zamanı transfer məsələləri müzakirə edilmir. Sadəcə “Abşeron” birinci divizionda çempionatın başa çatmasına 5 tur qalmış əsas hədəfinə çatdığından komanda rəhbərliyi imkan yaratdı ki, Almaniya klubunun düşərgəsinə yollanım. Mən də, bu fürsətdən istifadə edərək bu ölkənin böyük tarixə malik klublarından sayılan “Fortuna”nın təklifini dərhal dəyərləndirdim. İşlərim qaydasındadı. Şəraitdən razıyam. Lakin konkret təklif və ya müqaviləyə gəldikdə, bunun yalnız mövsümlərarası fasilə zamanı həyata keçəcəyi mümkündür. Əsas odur ki, onlar mənim hazırlığımdan razıdılar”.

Qeyd edək ki, sabah hazırlığını başa çatdıran komandamızın üzvü şənbə günü vətənə dönəcək.