12 may 2011 14:22
Almanlar Azərbaycanla matçın hazırlıq planlarını açıqladı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığması artıq qarşıdakı oyunlar üçün hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Bundestim hazırlıq prosesinə mayın 26-da start verəcək.
Qeyd edək ki, hazırlıqlarını Frankfurtda həyata keçirəcək Yoahim Lövün yetirmələrini millimizlə oyuna kimi 2 qarşılaşma gözləyir. Belə ki, mayın 29-da almanlar Uruqvayla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. İyunun 3-də Avstriya ilə qarşılaşacaq Berti Foqtsun həmyerliləri bundan 4 gün sonra Bakıda yığmamızın qonağı olacaq.
