12 may 2011 15:17
Premyer Liqa oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqanın 31-ci turunun bu günə nəzərdə tutulan oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir artıq bugünkü hər 3 qarşılaşmanın ədalət təmsilçiləri bəllidi.
"Muğan" – MOİK qarşılaşması yenə qadın hakimə - Səbayel Qurbanovaya həvalə olunub. "Gəncə" - "Qəbələ" görüşünə Elnur Muradov təyin olunduğu halda, "Turan" - "Simurq" matçını da Ceyhun Haşımov idarə edəcək.
Premyer Liqa
31-ci tur
12 may (cümə axşamı)
Muğan - MOİK
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
Gəncə - Qəbələ
Hakimlər: Elnur Muradov, Habil Əliyev, Zeynal Zeynalov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə. Şəhər stadionu. Saat 16:00.
Turan - Simurq
Hakimlər: Ceyhun Haşımov, Nahid Əliyev, Vaqif Musayev, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Qurban Məmmədov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
