12 may 2011 16:14

Əfran İsmayılov: Elvin Məmmədov tələsdi

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turunun “Neftçi” ilə Quzanlıda keçiriləcək oyunundan və Elvin Məmmədovun komandadan gedişindən danışıb.
 
- “Neftçi” ilə oyuna necə hazırlaşmısız?
- Ağdama yenicə çatmışıq. Hazırda bütün diqqətimiz məhz “Neftçi” ilə keçirəcəyimiz bu oyuna yönəlib. Şübhəsiz ki, bu oyun bizim üçün vacib əhəmiyyət daşıyır və mütləq 3 xal qazanmalıyıq. İkinci yeri tutmaq üçün bu matçın Quzanlıda keçirilməsi də bizə əlavə stimul verir.
 
- Sizin və komandanız üçün Quzanlıda oynamaq nə deməkdi?
- Bu, bizim üçün böyük məna daşıyır. Ən azı ona görə ki, bu, bizim doğma arenamızdı, ağdamlı azarkeşlər önündə oynayacağıq. Buna görə də qələbə qazanmağa borcluyuq. Sabahkı oyunda əlimizdən gələn hər şeyi edəcəyik ki, qələbə qazanaq, azarkeşlərimizi sevindirək.
 
- “İnter”lə son oyuna “Neftçi” demək olar ki, əvəzedici heyətlə çıxsa da, rəqibinə uduzmadı...
- Bu, təəccüblü deyil. Təbii ki, ehtiyatda qalan futbolçular şans qazananda ikiqat gücünü meydanda qoyur ki, özünü sübut etsin. Bizimlə oyunda da elə olacağını düşünürəm. Amma onların ikinci heyətinin meydana çıxması bizim işimizi asanlaşdırmayacaq.
 
- “Xəzər Lənkəran”la son oyununuzda birinci və ikinci hissədə sərgilədiyiniz futbol tam fərqləndi. Pis başlasaz da, sonunda sevinə bildiniz...
- Bu komandaya qarşı oynamaq həmişə çətin olub. Düzdü, birinci hissədə bizim oyunumuz elə də alınmırdı. Burda təbii ki, rəqibin yaxşı oynamasının da rolu az olmadı. Məhz buna görə də biz hazırda ikinci yer uğrunda uğrunda mübarizə aparırıq.
 
- Sizin üçün gümüş medalları qazanmaq nə dərəcədə vacibdi? Axı avrokuboklara vəsiqəni təmin etmisiz...
- Düzdü, ikinci və ya üçüncü yeri tutmağımızın o qədər də ciddi fərqi yoxdu. Amma biz istənilən halda mübarizəmizi sona kimi davam etdirməli və ikinci yeri tutmalıyıq. Bu mövsüm ikinci yeri tutsaq, gələn il də çempion olarıq. Hər halda addım-addım yüksəlmək, irəliləmək lazımdı.
 
- Elvin Məmmədovun “Qarabağ”dan getməsi komandaya təsir etməyib ki?
- Əlbəttə, istəməzdik ki, o, komandadan getsin. Elvin yaxşı oyunçudu. Amma hesab etmirəm ki, onun gedişi komandaya güclü təsir göstərsin. Onun hələ klubumuzla müqaviləsi başa çatmasa da, artıq bizimlə birgə meydana çıxmayacaq. Hər şeyin belə qısa müddətdə baş verməsini təsəvvür etmək çətindi. Sadəcə bizimlə məşqlərini davam etdirəcək. Hər halda ona “Bakı”da uğurlar arzulayıram. Avrokuboklarda iştirak etmək baxımından onun tələsdiyini deyərdim. Amma yenə qərar onundu.
 
- Vüqar Nadirovun da komandadan getməsi gözlənilir...
- Vüqar özü deyib ki, “Qarabağ”da qalacaq. Buna görə də onun komandadan gedəcəyini düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.