12 may 2011 16:33
Neftçi Quzanlıya ikinci heyətlə yollandı
Premyer Liqanın 31-ci turunda “Qarabağ”ın qonağı olacaq “Neftçi” Quzanlıya yollanıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu səfərdə heç də əsas heyətlə yollanmayıb.
Belə ki, baş məşqçi Ağdama aparılan heyətə 9 əsas heyət üzvünün adını daxil etməyib. Bunların içində Flavinyo, Emil Mpenza, Rauf Mehdiyev, Ruslan Abışov, Rail Məlikov, Paulius Qribauskas Cavid Hüseynov, Alessandro və Rodriqinyonun adı var.
Məhz bu qərardan sonra Quzanlıdakı olimpiya kompleksinin stadionuna “Neftçi”nin ikinci heyətlə çıxacağı dəqiqləşib.
