12 may 2011 17:01
Türkiyə çempionuna gözləniləndən də sərt cəza!
Türkiyə Futbol Federasiyası mayın 7-də azarkeşlərlə polis arasında düşən dava səbəbindən təxirə salınmış "Bursaspor" - "Beşiktaş" oyunu ilə bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, TFF "Bursaspor"a 0:3 hesablı texniki məğlubiyyət verib.
Bundan başqa "Bursaspor" azarkeşləri də ağır cəzaya məruz qalıb. Belə ki, TFF "Bursa Atatürk" stadionunu 5 oyunluq cəzalandırıb və komanda ev oyunlarını başqa stadionda keçirməli olacaq. Həmçinin "Bursaspor" azarkeşləri qarşıdakı 3 səfər oyununa da buraxılmayacaq.
Qeyd edək ki, "Bursaspor" azarkeşləri "Beşiktaş" fanatlarının 7 ildən sonra Bursaya gəlişinə etiraz etmiş və bu səbəbdən polisə hücum çəkmişdilər. Şəhərdə bu səbəbdən böyükmiqyaslı iğtişaşlar düşmüşdü.
