12 may 2011 17:13

Rövşən Əmiraslanov: Bu mövsüm meydana çıxa biləcəm

“İnter”in yarımmüdafiəçisi Rövşən Əmiraslanov Premyer Liqanın 27-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilən matçda ciddi zədə almışdı. Azerisport.az xəbər verir ki, futbolçu həmin oyunda ayaq barmağını sındırmışdı.
 
Belə görünürdü ki, mövsüm onun üçün artıq başa çatıb. Lakin Rövşənin bərpa prosesi gözlənildiyindən də tez olub və artıq 3 gündü ki, o, ümumi qrupda məşq edir. O, hazırkı durumu ilə bağlı bunları dilə gətirib:
 
“Birinci hissənin sonuna yaxın ev sahiblərinin oyunçusu iki ayağıyla mənə zərbə endirdi. Mən yıxıldım və oyunu davam etdirə bilmədim. Sonra aydın oldu ki, zədəm ciddidi. Lakin məni həmin epizodda mənə sarı vərəqə göstərən hakimin reaksiyası təəccübləndirdi. Çox güman ki, o simulyasiya etdiyimi düşünmüşdü. Hazırda hər şey yaxşıdı. Klubun tibbi heyəti tez bərpa olunmağım üçün əlindən gələni edir. Deyə bilərəm ki, bir müddət ayrı proqram üzrə məşq etdim. İndi isə artıq ümumi qrupda məşq keçirəm. Məni zədə narahat etməsə, əgər ağrılar yaranmasa və əgər məşqçi heyətdə mənə etibar edərsə, o zaman, məsələn, “Bakı” ilə oyunda niyə də meydana çıxmayım”?
 
Rövşən meydanda olmadığı müddətdə komandasının çıxışı barədə də danışıb: “AZAL ilə yarımfinal matçı çox çətin alındı. Ümumiyyətlə, bu komandayla bu mövsümdə bütün qarşılaşmalar çox gərgin mübarizə şəraitində keçir. Bununla belə, komandamıza finala çıxmaq müyəssər oldu və bununla bağlı komandamızı təbrik edirəm. Finalda bizi “Xəzər Lənkəran”nın simasında çox çətin rəqib gözləyir. Bu komanda ölkədə ən yaxşı komandalardan biridi, onlar yaxşı komplektləşdirilmiş heyətə malikdirlər və rəğbət doğuran futbol oynayırlar. Odu ki, bizi asan olmayan matç gözləyir. Qələbəyə ümid edəcəyik. İnşallah, Azərbaycan kubokunu bu il məhz biz əldə edərik. 4-cü yer uğrunda mübarizədə əsas rolu cümə günü AZAL ilə keçirəcəyimiz qarşılaşma oynayacaq. Biz bu qarşılaşmada qalib gəlmək üçün bütün səylərimizi ortaya qoymalıyıq. Biz turnir cədvəlində 4-cü yerdə qərarlaşmalıyıq. Avropaya gedən yolumuz bu məsələdən də asılı olacaq”. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.