12 may 2011 17:32
Millimizin daha bir üzvü Qəbələ`nin maraq dairəsində
Cari mövsüm hələ tam yekunlaşmasa da, “Qəbələ” transfer bazarında fəallığı ilə diqqət çəkir. Azerisport.az xəbər verir ki, Mahir Şükürovla Vurğun Hüseynovun transferini tam həll etmiş Toni Adamsın komandası indi də “Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynovun keçidini həll etməyə çalışır.
Qeyd edək ki, Cavidlə onun keçmiş komandası “İnter” də maraqlanır. Odu ki, Hüseynovun bu klublara keçəcəyi, yaxud hazırkı klubunda qalacağı sual doğurur. Maraq üçün onu da qeyd edək ki, “Qəbələ” “Qarabağ”dan Vüqar Nadirovun da keçidini həll etmək üçün çalışır.
