12 may 2011 18:09
Cavid Hüseynov: Mən Neftçi`də qalmaq istəyirəm
“Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov Premyer Liqanın digər klublarının onunla maraqlanmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, “Qəbələ” və “İnter” klublarının onu heyətində görmək istəməsinə belə münasibət bildirib:
“Düzdü, hələlik “Neftçi” mənə yeni müqavilə təklif etməyib. Qarşıda hələ iki oyunumuz var. Onsuz da mövsüm başa çatandan sonra hər şeyə aydınlıq gələcək. Digər klubların mənimlə maraqlanmasına gəlincə, bu haqda heç nə deyə bilmərəm. Amma həyatda hər şey ola bilər. Hər halda mən “Neftçi”də qalmaq istəyirəm”.