12 may 2011 19:00
“Qələbə hər zaman şirindi”
Premyer Liqanın 31-ci turunda MOİK-i qəbul edən "Muğan" ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə vurduğu qolla Salyan təmsilçisinə 3 xalı qazandırdı - 1:0. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra Salyan klubunun baş məşqçisi Bəhmən Həsənov matçla bağlı bunları dilə gətirib:
"Oyunun heç-heçə bitəcəyini düşünürdüm. Çünki, bu gün əsasən gənc oyunçulara şans vermişdim. Futbolçularım meydanda hər şeyi yaxşı edirdilər, lakin sonuncu ötürməni etməyə çətinlik çəkirdilər. Rəqib müdafiəçilərinin səhvindən qapısında qol gördü. Futbolçularımın oyunundan razı qaldım, qələbə hər zaman şirindir".
