12 may 2011 19:05
“Müdafiəçilərimizin uşaq səhvindən sonra qapımızda qol gördük”
MOİK-in baş məşqçisi Ramil Əliyev Premyer Liqanın 30-cu turunun “Muğan”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “hərbçilər”in baş məşqçisi minimal hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
"Bu gün çox gözəl oyunun şahidi olduq. "İkinci altılığın" ən mobil komandası ilə qarşılaşırdıq. Təəssüf ki, müdafiəçilərimizin uşaq səhvindən sonra oyunun sonlarında qapımızda qol gördük. Premyer Liqanı son pillədə bitirməmək üçün növbəti turda qalib gəlməyə çalışacağıq. "Muğan" klubuna gələn mövsümdə uğurlu çıxış etməyi və "ilk altılıq" uğrunda mübarizə aparmağı arzulayıram. Düşünürəm ki, "Muğan"ın ehtiyat qüvvəsi var və buna gücü çatacaq".
