12 may 2011 21:04
Yoahim Löv Bakıya gətirəcəyi heyəti açıqladı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv qarşıdakı 3 oyun üçün xidmətindən yararlanmaq istədiyi futbolçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, o, mayın 29-da keçiriləcək Uruqvayla yoldaşlıq görüşü, Avstriya (3 iyun) və Azərbaycanla (7 iyun) seçmə mərhələ oyunları üçün 23 futbolçuya dəvət göndərib.
Yoahim Lövün Bakıya gətirmək istədiyi futbolçuların tam siyahısı isə aşağıdakı kimidi:
Qapıçılar: Manuel Noyer (Schalke), Rene Adle (Bayer), Tim Vize (Werder);
Qapıçılar: Manuel Noyer (Schalke), Rene Adle (Bayer), Tim Vize (Werder);
Müdafiəçilər: Denis Aoqo (Hamburg), Holger Badştuber, Filipp Lam (hər ikisi “Bayern”), Arne Fridrix (Wolfsburg), Mats Hummels, Мarsel Şmeltser (hər ikisi “Borussia”, Dortmund), Kristian Treş (Stuttgart);
Yarımmüdafiəçilər: Sven Bender, Mario Qotse (hər ikisi “Borussia”, Dortmund), Sami Xedira, Мesut Özil (hər ikisi “Real”, İspaniya), Тоnu Kroos, Тоmas Müller, Bastian Şvaynştayger (hamısı “Bayern”), Lukaş Podolski (Cologne), Marko Roys (Borussia, Münhenqladbax),Simon Rolfs (Bayer), Ander Şörl (Maintz);
Hücumçular: Маrio Qomes, Miroslav Kloze (hər ikisi “Bayern”).
