12 may 2011 21:27
Qarabağ son məşqinə Quzanlıda çıxdı
"Qarabağ" "Neftçi" ilə oyuna oyuna hazırdı. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın 31-ci turunda paytaxt klubunu qəbul edəcək Ağdam klubu oyunöncəsi son məşqini edərək hazırlıqlarını tamamlayıb.
"Qarabağ" bu gün Quzanlıya yollanıb. Səhər saat 09.00-da Bakıdan ayrılan komanda 13.45-də Ağdamın müvəqqəti inzibatı mərkəzinə çatıb. Öncə komanda meydançaya çıxaraq qısaca qazonun durumuna nəzər salıb. Ardınca günorta yeməyini yeyən futbolçular istirahət edib. Günün yeganə çalışması saat 17.00-da baş tutub.
Məşqi 200-dən çox azarkeş izləyib. Futbolçular meydana azarkeşlərin alqışlarıyla daxil olub. Baş məşqçi Qurban Qurbanov öncə futbolçularla qısaca söhbət edib. Sonra isə yüngül qaçışın ardından 3 qrupda "kvadrat" oynanılıb. Məşqin sonunda isə 2 qapıya kiçik oyun baş tutub. Vüqar Nadirovun vurduğu qollar azarkeşlərin alqışına səbəb olub.
