13 may 2011 00:03

Altılıq liderləri üçün yeni həyəcan

Premyer Liqanın 31-ci turu ikinci altılığın oyunlarıyla start götürdü. Azerisport.az xəbər verir ki, artıq heç bir əhəmiyyət daşımayan hər 3 oyun eyni gündə və saatda keçirildi.
 
İkinci altılığın lideri “Qəbələ” səfərdə “Gəncə”nin qonağı idi. Zirvədəki mövqeyini qorumaq üçün bu komandaya səfərdən ən azı bir xalla qayıtmaq lazım idi. Gəncəlilər isə mövsümdəki son ev oyununda azarkeşlərini 3 xalla sevindirmək istəyirdilər. Onlar bunun üçün hətta gözəl şansa da malik idilər. İlk növbədə doğma meydan və azarkeş amili “Gəncə”nin şansını artırırdı. Bundan əlavə “Qəbələ” çətin səfərdə baş məşqçisiz yollanmışdı. Məlum olduğu kimi, vətənindəki işlərlə əlaqədar Toni Adams İngiltərəyə yollanıb və mövsümün sonuna kimi komandasının sükanı arxasında olmayacaq. Belədə, qonaq komandanı meydana köməkçi-məşqçi Qari Stivens çıxarmışdı.
 
Bunlar azmış kimi, matçın gedişində “Qəbələ”nin qapıçısı Pavel Doroşev də qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoydu. Amma bütün bu üstünlüklərə rəğmən, gəncəlilər heç vəchlə qonaq komandanın müqavimətini qıra bilmədi. Qeydə alınan heç-heçə isə daha çox “Qəbələ”nin işinə yaradı. Çünki bunun sayəsində bu komanda ikinci altılıqdakı ağalığını davam etdirdi.
 
Amma digər tərəfdən də xal itkisi liderin əsas izləyicisi “Muğan”ın aradakı xal fərqini əritməsi ilə nəticələndi. Baxmayaraq ki, Salyan təmsilçisi də MOİK-lə dueldə qələbə qazanmaya bilərdi. Onlar yalnız oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vurulan qələbə ilə növbəti 3 xala yiyələndilər. İndi salyanlıların ikinci altılığın lideri “Qəbələ” ilə arasındakı xal fərqi minimuma enib. Növbəti turda Adamsın komandası yenə qələbə qazana bilməsə, “Muğan” isə 3 xal qazansa, mövsümü ikinci altılığın birinci pilləsində bitirən da məhz o olacaq.
 
Günün daha bir qarşılaşması isə Tovuzda yerli “Turan”la elitanı tərk etmiş digər komanda – “Simurq” arasında baş tutdu. Tamamilə formal xarakter daşıyan bu görüşdə meydan sahiblərinin qələbə qazanacağı gözlənilirdi ki, bu da baş verdi. Nəticədə Tovuz klubu yeni baş məşqçisi Asim İbrahimovun rəhbərliyi altında ilk qələbəsini rəsmiləşdirdi.
 
Premyer Liqa
31-ci tur
 
Muğan - MOİK - 1:0
Qol: Con Pelu, 90+2.
Vərəqə: Azər Həşimov, 78 – sarı.
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
12 may 2011. Bakı. “Şəfa” stadionu. 250 tamaşaçı.
Muğan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 6. Tagim Novruzov, 7. Pərvin Paşayev, 4. Elxan Cəbrayılov, 14. Fərid Həşimzadə, 16. Sergey Çernışev (21. Ceyhun Abdullayev, 86), 17. Ravi Rəhmanov (25. Nəriman Həsənov, 71), 11. Con Pelu, 23. Georgi Qulordava (39. Hüseyn Axundov, 65), 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular:  1. Amil Ağacanov, 8. Tural Axundov, 19. Zaur Əsədov, 26. Ekrem Hodziç.
Məşqçi: Bəhmən Həsənov.
MOİK: 12. Tariyel Hüseynov, 5. Natiq Əkbərov, 6. Nizami Hacıyev (13. Vüqar Əsgərov, 76), 8. Ruhid Usubov (7. Zeynalabdin Hüseynov, 64), 9. Nicat Tağıyev (10. Orxan Babayev, 69), 14. Tural İsgəndərov, 17. Azər Həşimov, 18. Rafael Qəvami, 25. Ramin Tanrıverdiyev, 24. Ramil Əliyev (k), 23. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 1. Ceyhun Qədirli, 3. Rəşad Hacızadə, 11. Səbuhi İsmayılov, 20. Azər Səfərli.
Baş məşqçi: Ramil Əliyev.
 
Turan - Simurq - 2:1
Qollar: Vurğun Hüseynov, 4(1:0), Muammer Erdoğdu, 28 (2:0), Qafar Qafarov, 60(2:1).
Vərəqələr: Azər Məmmədov, 21, Cavid Tağıyev, 80 - Laçın Şəkərov, 48 – sarı.
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Nahid Əliyev, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 may 2011. Bakı. Tovuz şəhər stadionu. 1000 tamaşaçı.
Turan: 85. Kamal Bayramov (1. Natiq Səhrətov, 36), 3. Vurğun Hüseynov (k), 4. Ruslan Namazov (24. Seymur Tağıyev, 67), 5. Muammer Erdoğdu (22. Məhərrəm Müslümzadə, 40), 10. Xəyal Qarayev, 11. Azər Məmmədov, 15. Cavid Tağıyev, 17. Orxan İsmayılov, 21. Rəşad Orucov, 28. Yasin Abbasov, 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 7. Qalib Əmrahov, 9. Rəşad Piriyev, 27. Qüvvət Əmrahov, 78. Emin Müsəllimli.
Məşqçi: Eltay Aslanov.
Simurq: 1. Fuad Əhmədov, 2. Səbuhi Həsənov, 3. Rasim Ramaldanov (k), 5. Elvin Yunusov, 17. Rüstəm Məmmədov, 6. Mikayil Rəhimov, 8. Qərib İbrahimov (28. Laçın Şəkərov, 46), 10. Vasif Əliyev (21. Nəsib Əliyev, 79), 15. Elvin Musazadə (18. Dilqəm Əsgərov, 46), 20. Qafar Qafarov, 25. Tofiq Mikayılov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 13. Təbriz Mütəllimov.
Baş məşqçi: Qyoko Haciyevski.
 
Gəncə - Qəbələ - 0:0
Vərəqələr: Sabir Allahquliyev, 53, Ceyhun Sultanov, 85 - Qoqa Beraya, 27, Elnar Kərimov, 86 – sarı, Pavel Dorosev, 31 – qırmızı.
Hakimlər: Elnur Muradov, Habil Əliyev, Zeynal Zeynalov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
12 may 2011. Gəncə. Gəncə şəhər stadionu. 1500 tamaşaçı.
Gəncə: 22. Ruslan Məcidov, 2. Xəyal Mustafayev (28. Patris Nukeu, 90), 4. Azər Məmmədov (k), 5. Mətləb Məmmədov, 8. Armand Fuetçin (9. Samir Abdulov, 83), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 13. Zura Dzamsaşvili (24. Vladimir Zelenbaba, 80), 15. Şahin Kərimov, 20. Vüsal Hüseynov, 23. Junivan Suares.
Ehtiyat oyunçular: 16. Zamiq Mirzəpur, 14. Asəf Qədiri, 25. Təbriz Hüseynli, 27. Məhərrəm Hüseynov.
Baş məşqçi: Mehman Allahverdiyev.
Qəbələ: 12. Pavel Dorosev, 3. Nodar Məmmədov, 7. Yaşar Abuzərov, 14. Milan Antiç, 15. Razvan Tarlea, 16. Abdulkader Kamara 17. Arif İsayev (1. Elnar Kərimov, 33), 18. Qoqa Beraya (k), 19. Branimir Subaşiç (25. Nuran Qurbanov, 82), 22. Murad Hüseynov (24. Tərzin Cahangirov, 89), 33. Saşa Yunisoğlu.
Ehtiyat oyunçular: 20. Kristian Torres, 29. Amil Yunanov, 32. Elsevər Bəkirzadə, 37. Elnur Soltanlı.
Məşqçi: Qari Stivens.
 
Hesabat turunun qalan görüşləri bu gün keçiriləcək: Qarabağ – Neftçi, Xəzər Lənkəran – Bakı, İnter – AZAL.
 
1
Neftçi
30
19
9
2
52-13
66
2
Xəzər Lənkəran
30
15
11
4
35-17
56
3
Qarabağ
30
16
7
7
37-19
55
4
AZAL
30
12
9
9
33-27
45
5
İnter
30
12
9
9
28-24
45
6
Bakı
30
10
10
10
33-29
40
 
1
Qəbələ
31
12
12
7
29-17
48
2
Muğan
31
13
8
10
28-29
47
3
Gəncə
31
8
12
11
30-33
36
4
Turan
31
7
6
18
23-42
27
5
Simurq
31
3
7
21
16-49
16
6
MOİK
31
3
6
22
10-54
15
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
14 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.