12 may 2011 11:22
Öncə burnunu qırdı, sonra forma bağışladı (VİDEO)
İspaniya La Liqasının 36-cı turunda maraqlı bir olay yaşanıb. Azerisport.az xəbər verir ki, Madrid “Real”ının doğma meydanda “Getafe” ilə oyununda portuqaliyalı ünlü futbolçu Kristiano Ronaldonun topa zərbəsi nəticəsində azarkeşlərdən birinin burnunu əzib. 4:0 hesablı qələbə qazandıqları görüşdə het-trikə imza atan futbolçu bu addımının qarşılığında oyundan sonra həmin azarkeşə yaxınlaşaraq həm üzr istəyib, həm də formasını ona bağışlamaqla könlünü almağa çalışıb.
