12 may 2011 11:45
Elnur Allahverdiyev: Qarabağ`a azarkeşlik edəcəm
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində 31-ci tur çərçivəsində keçiriləcək “Bakı” ilə oyunlarından, eləcə də ölkə kubokunun finalındakı şanslarından danışıb.
- “Qarabağ”la ikinci yer uğrundakı mübarizədən qələbə ilə ayrıla bilmədiz. İndi hər şeyə digər klublarla görüşlərdə aydınlıq gətirməli olacaqsız...
- İkinci pilləyə daha çox biz layiqik. Elə “Qarabağ”la son oyunda da qələbəyə layiq olan komanda məhz XL idi. Amma əlavə vaxtda gələn qol bizi qələbədən etdi. Komandamız hətta çempionluğa da layiq idi. Sadəcə, bəzi amillər oldu ki, bizim bu uğura imza atmağımıza maneə yaratdı. Buna görə də indi gümüş medalları qazanmağa borcluyuq.
- Əgər ikinciliyi qoruya bilməsəz hər halda üçüncü yer də pis nəticə deyil...
- Razıyam. Amma bürüncdənsə gümüş yaxşıdı. Digər tərəfdən XL bütün mövsümboyu birinci yer üçün oynayıb və sonda üçüncü olmaq bir qədər düz çıxmazdı.
- Sizcə, gümüşün taleyinə 31-ci turda aydınlıq gələ bilər?
- Fikrimc, bu məsələyə sonuncu turda aydınlıq gələcək. Ağdamlılar “Neftçi”ni məğlub edəcəklər.
- Bu əminlik hardandı?
- “Qarabağ”a azarkeşlik edəcəm (gülür). İstəmirəm ki, “Neftçi” onlara qalib gəlsin. Yaxşısı budu “Qarabağ” AZAL ilə mövsümün son oyununda xal itirsin.
- “Qarabağ”a azarkeşlik edəcəm (gülür). İstəmirəm ki, “Neftçi” onlara qalib gəlsin. Yaxşısı budu “Qarabağ” AZAL ilə mövsümün son oyununda xal itirsin.
- İntriqanı saxlamaq üçün siz də “Bakı”nı məğlub etməlisiz...
- Heç də asan olmayacaq. Rəqibimiz turnir cədvəli baxımından hansısa maraq güdməsə də, hamı onların AZAL-ı necə məğlub etdiklərini gördü. Hansı ki, “təyyarəçilər” onlardan fərqli avrokuboklara vəsiqə üçün vuruşur. Bu komandanın futbolçuları özlərini isbatlamaq üçün sona kimi döyüşəcəklər. Amma istənilən halda XL da matça ancaq qələbə üçün çıxacaq və bu vəzifənin öhdəsindən gəlməyə borcluyuq.
- 32-ci turun oyunundan sonra “Neftçi” çempionluq titulunu almağa hazırlaşır. Özü də onlar bunu XL-la oyunda qələbə qazandıqdan sonra qeyd etmək istəyirlər...
- Yeri gəlmişkən, həmin oyunda da bizim üçün çox vacib əhəmiyyət daşıyır. Biz həmin oyunda bakılıları mütləq məğlub etməliyik.
- Amma mövsümün ən vacib oyunu sizin üçün “İnter”lə kubokun final matçı olmalıdı...
- Şübhəsiz. Məhz həmin oyundan sonra qalib komanda titula yiyələnmiş olacaq. Çoxları deyir ki, XL favoritdi. Amma mən bu fikirlə razı deyiləm. Hər iki komanda sona kimi döyüşəcək. Kim taktiki cəhətdən daha ağıllı oynayacaqsa, o da qalib gələcək.

- Bu oyundakı qələbə həm də həmin komandaya Avropa Liqasında mübarizəyə birbaşa ikinci mərhələdən qoşulmaq imkanı yaradacaq. Bu, sizin üçün vacibdi?
- Bizim üçün daha çox vacib olan titula sahib çıxmaqdı. Amma eyni zamanda Avroliqaya ikinci mərhələdən qoşulmağı da istəyirik. Elə olan halda yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmış olarıq.
- Bizim üçün daha çox vacib olan titula sahib çıxmaqdı. Amma eyni zamanda Avroliqaya ikinci mərhələdən qoşulmağı da istəyirik. Elə olan halda yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmış olarıq.