13 may 2011 20:48
XL-la Qarabağ`dan növbəti qələbə, İnter yenə AZAL-ı yenə bilmədi (YENİLƏNİB)
Bu gün Premyer Liqada 31-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə ilk altılıq komandaları meydana çıxıb.
Öncə meydana ikinci yeri tutmağa çalışan “Qarabağ”la yeni çempion “Neftçi” çıxıb. Ağdam təmsilçisi doğma divarlar və azarkeşlər qarşısında 3 qolla 3 xala sahib çıxıb. Gümüş medallar uğrunda mübarizə aparan digər komanda - “Xəzər Lənkəran” isə “Bakı”nı qəbul edi və inamlı qələbə qazanıb. Nəhayət, turun qapanış matçında avrokuboklara son vəsiqə uğrunda mübarizə aparan “İnter”lə AZAL qarşılaşıb. "Təyyarəçilər" yenə bu rəqibi üçün keçilməz olduğunu isbatlayıb.
Premyer Liqa
31-ci tur
13 may
XƏZƏR LƏNKƏRAN – BAKI - 2:0 (0:0)
Qollar: M.Skarlatake, 67 (1:0), Emeka Opara, 83 (2:0).
Lənkəran. Şəhər mərkəzi stadionu.
XL: Kamran Ağayev, Ruslan Poladov, Elvin Beqiri, Manuel Skarlatake, Nikulae Muşat, Andrey Mureşan, Rahid Əmirquliyev, Adrian Pit, Julius Vobay, Emeka Opara, Uinton Parks.
BAKI: Marko Şarliya, Vadim Borets, Stefan Borbikoni, Stefan Bates, Cəmşid Məhərrəmov; Mahmud Qurbanov, Vyaçeslav Sofroni, İbrahim Karqbo, Ruslan Leviqa, Aleksandr Şoliç, Vaqif Cavadov.
Oyun başladı
XL oyuna daha fəal başlayıb və artıq iki təhlükəli vəziyyət yaradıb
Marko Şarliya hələ ki, inamlı təsir bağışlayır
Meydan sahibəri ikinci pilləyə qayıtmaq üçün mütləq qələbə qazanmalıdı
14. Sol cinahda hava ilə gələn topu Opara Parksa atdı, ardından Uinston onu dabanı ilə düz Oparanın qarşısına çıxardı. Qapıçı ilə üz-üzə qalan nigeriyalının zərbəsini Şarliya qaytardı
18. Muşatın zərbəsi dirəkdən dönür! Pit mərkəzlə irəliləyərək topu solda boş olan müdafiəçiyə ötürdü, onun qüvvətli zərbəsi isə dirəkdən qayıtdı
20. Şoliçin zərbəsini Kamran tutur
20. Şoliçin zərbəsini Kamran tutur
23. XL-dan daha bir əks hücum. Pit topu Oparaya ötürdü, sonuncu isə cinahı dəyişərək Vobaya ötürmə etdi və cərimə meydançasına daxil oldu. Vobayın asması və Opara başla topu qapının üstündən vurur
25. "Bakı" hücumlarını əsasən sol cinahdan edir. Burada Vaqif və Sofroni daha çox fəallığıyla diqqət çəkir
28. Muşatın ötürməsindən sonra Şarliya Parksı qabaqlayır. Meydan sahibləri də hücumlarının əksəriyyətini cinahlardan edir
31. Vaqif Cavadov mərkəzdə rahatlıqla Mureşanı keçərək topu solda boş olan Sofroniyə ötürdü. Sonuncunun zərbəsi üstdən keçir
34. "Bakı" hesabı açmağa çox yaxın oldu. Sol cinahdan ötürülən top ilk baxışdan belə də təhlükəli olmasa da, Skarlatakenin səhvi nəticəsində Vaqif boş qapı ilə üz-üzə qaldı. Onun başla zərbəsi üstdən keçir
37. Parks sağ cinahda qapı xəttindən cərimə meydançasına iti ötürmə etdi. Qapı ağzında yaranmış qarışıqlıqdan sonra XL oyunçuları topun rəqib oyunçunun əlinə dəydiyini bildirdi, lakin hakim oyunun davam etdirdi. Bu arada, Mirça Rednik dördüncü hakimə əlindəki eynəyi uzadır. Onun nə demək istədiyi aydındı
40. Vobay topu başı ilə qarşısına ataraq sürətlə cərimə meydançasına doğru gedərkən, rəqib tərəfindən dayandırırldı. XL təxminən 25 metrdən cərimə zərbəsi vurur
41. Pitin zərbəsini tutmaq Şarliya üçün problem olmur
44. Oyunun ilk sarı vərəqəsini Stefan Bates alır
45. Cinah ötürməsindən sonra Sofroninin başla zərbəsi üstdən keçir
Birinci hissə başa çatır
İkinci hissə başladı
46. XL ikinci hissəyə dəyişikliklərlə başlayır. Beqirinin əvəzinə meydana Dieqo Souza, Ruslan Poladovun əvəzinə isə Elnur Allahverdiyev daxil olur
48. Pitə qarşı qayda pozuldu. Cərimə zərbəsini Adrian özü yerinə yetirdi, top xeyli yuxarıdan keçdi
50. Pit irəliləyərək topu Dieqoya ötürdü, braziliyalının cərimə meydançasına daxil olmaq fikri baş tutmadı. Halbuki, solda Muşat əlverişli boş mövqedə idi
53. D.Souza da sarı vərəqə alır
54. Küncdən zərbədən sonra Skarlatake və Vobay ardıcıl olaraq qapıya zərbə endirmək istəsə də, "Bakı" oyunçuları topu uzaqlaşdırır
60. Muşat cərimə meydançasına yaxınlaşıb Oparanı gördü. Emeka isə nə qədər çalışsa da, nə zərbə vura, nə ötürmə edə bildi. Dərhal sonra Vobay sol cinahdan qapı qarşısına ötürmə etsə də, dəqiq olmur
63. "Bakı"da ilk əvəzetmə: Leviqanın yerinə Bəxtiyar Soltanov daxil olur
67. Manuel Skarlatake Oparanın künc nöqtəsindən göndərdiyi topu başla tora qovuşduraraq, hesabı açır - 1:0
71. Vobay çox inamlı oyunu ilə seçilməkdədi. Bu futbolçuda sanki enerji tükənməzdi
73. "Bakı"da növbəti əvəzləmə: Mahmud Qurbanovun əvəzinə Fabio Luis meydana çıxır
77. Qonaqların son dəyişikliyi: Şoliç yerini Nicat Abdullayevə verir
79. Pitə qarşı yenidən qayda pozulur. 28 metrdən cərimə zərbəsi və Vobayın yerlə vurduğu top qapının yanından keçir
82. Rednikdən son əvəzetmə: Uinston Parksın yerinə oyun Kyaku daxil olur
83. Emeka Opara qonaqların qapısına ikinci qolu vurur - 2:0
90. Cavadovun cərimə zərbəsi qapının azacıq üstündən keçir
90+1. İkinci hissəyə üç dəqiqə əlavə edilir
90+2. Borets Oparanı yıxır və sarı vərəqə alır
Matç başa çatdı
İNTER - AZAL - 0:0 (0:0)
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
2. Oyunda ilk hücum "İnter"dən gəldi. D.Odikadzenin qapı qarşısına asmasını A.Nəbiyev cərimə meydançasından uzaqlaşdırdı
6. R.Poşkuşun zərbəsi müdafiəçiyə dəyib R.Əmiraslanovun önünə düşsə də sonuncu oyundan kənar vəziyyətdə olur
9. R.Əmiraslanovun uzaqdan zərbəsi qapı tirinin yanından keçir
12. B.Çervenkonun zərbəsindən sonra top qapının yanından meydanı tərk edir
"İnter" daha çox hücum edən tərəf olsa da, qonaqlar demək olar ki, ancaq əks-hücumlara bel bağlayırlar
18. Z.Benuahi rəqib qapısına yol tapmaq imkanına malik olsa da, zərbəni gecikdirir
19. Z.Benauhi və A.Daşdəmirov sarı vərəqə ilə cəzalandırırlar
20. V.İbekoyinin zərbəsi qeyri dəqiq alınır
25. D.Odikadzenin ötürməsindən sonra R.Poşkuş qapıya zərbə endirir, top qapının üstündən keçir
29. R.Əmiraslanov sağ cinahdan AZAL-ın cərimə meydançasına daxil olsa da, topu saxlaya bilmir
35. A.Daşdəmirovun zərbəsini C.Həsənzadə tutur
38. Z.Benauhinin uzaqdan zərbəsi qapının üstündən keçir
40. R.Əmiraslanovun ara ötürməsindən sonra B.Çervenko qapıçı ilə üz-üzə qalsa da, topa çatıb zərbə endirə bilmir
41. R.Petrovun qapı qarşısına asmasından sonra E.Krastovçev qapıya zərbə endirir, top qapının üstündən keçir
43. B.Çervenkonun ara ötürməsinə R.Poşkuş çata bilmir
45. M.Limaninin zərbəsi qapıdan aralı keçir
Birinci hissə başa çatır
İkinci hissə başlayır
49. F.Despotovskinin zərbəsindən sonra top qapı tirinin yanından keçir
51. "İnter"in cərimə meydançasının qarşısında qarışıqlıq yaranır. R.Petrovun qüvvətli zərbəsinin qarşısını A.Daşdəmirov alır
54. D.Odikadzenin sağ cinahdan qapı qarşısına təhlükəli ötürməsinə çatan olmur
58. A.Çertoqanovun zərbəsi qapı dirəyinin bir neçə santimetrliyindən keçir
62. "İnter"də oyunçu dəyişikliyi: R.Əmiraslanovun əvəzinə meydana K.Mjavanadze daxil olur
63. D.Odikadzenin zərbəsini C.Həsənzadə dəf edir
67. "İnter"də növbəti oyunçu dəyişikliyi: R.Poşkuşun əvəzinə meydana G.Karlsons daxil olur
70. AZAL-da oyunçu dəyişikliyi: P.İkediyanın əvəzinə meydana V.Qarayev daxil olur
76. G.Karlsons kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır
78. AZAL-da növbəti oyunçu dəyişikliyi: T.Xəlilovun əvəzinnə N.Kvirtiya meydana daxil olur
81. D.Kruqlovun ötürməsindən sonra D.Odikadze boş qapını nişan ala bilmədi
82. "İnter"də sonuncu oyunçu dəyişikliyi: A.Çertoqanovun əvəzinə meydana Ş.Rəhimov daxil olur
84. V.İbekoyi kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
87. AZAL-da sonuncu oyunçu dəyişikliyi: Z.Benauhinin əvəzinə meydana M.Bunyevçeviç daxil olur
Matç başa çatdı
QARABAĞ - NEFTÇİ - 3:0 (2:0)
Qol: G.Adamiya, 5 (1:0), G,Adamiya, 13 (2:0), G.Adamiya, 49-pen (3:0).
Ağdam rayonu, Quzanlı Olimpiya İdman Kompleksinin stadionu.
Oyundan öncə Ağdam futbolunun, eləcə də "Neftçi"nin tanınmış veteran oyunçusu Elbrus Abbasov 60 illiyi münasibətilə hər iki klub tərəfindən mükafatlandırılır. Topa simvolik olaraq ilk zərbəni də yubilyar vurur
Dövlət himnimiz səsləndirilir
Oyun başladı
"Qarabağ" oyuna daha fəal başlayıb
Təzyiqlər tezliklə bəhrəsini verir. Hesab açılır
5. A.Aqollinin cinahdan gözəl ötürməsini G.Adamiya başla qapıya göndərir - 1:0
"Qarabağ" qoldan sonra da təzyiqlərini davam etdirir
12. Rəşad Abdullayev meydan sahiblərinin qapısına uzaqdan zərbəylə yol tapmaq istəsə də, dəqiq oynamır
13. Adamiya rəqibin cərimə meydançasındakı qarışıqlıq vaxtı daha bir qol vurur - 2:0
18. R.Abdullayevin uzaqdan yerinə yetirdiyi cərimə zərbəsi dəqiq olsa da, son anda F.Vəliyev topu kornerə çıxarır
22. Araz Abdullayev hesab arasındakı fərqi azaltmağa yaxın olsa da, onun təhlükəli zərbəsini Fərhad kornerə çıxarmaqla qola imkan vermir
28. Vüqar Nadirovun cərimə zərbəsini Elçin Sadıqov çətinlik çəkmədən tuta bilir
33. Nderim Nedzipinin təhlükəli zərbəsində azacıq dəqiqlik çatışmır
36. A.Abdullayev fitdən sonra topa zərbə vurduğuna və hakimə etiraz etdiyinə görə oyunda ilk sarı vərəqə alan futbolçu olur
38. "Neftçi"də erkən əvəzləmə. Mirhüseyn Seyidovu Cavid İmamverdiyev əvəzləyir
39. Arif Əsədovdan daha bir əvəzetmə: A.Abdullayevi Ruslan Qurbanov əvəzləyir
41. R.Abdullayevin daha bir təhlükəli zərbəsini F.Vəliyev tutur
42. R.Qurbanov meydana çıxandan sonra heç topa toxunmamış kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
İlk yarı başa çatır
İkinci hissə başladı
46. Əfran qol vurmaq üçün əla şansa malik olsa da, E.Sadıqov onun yaxın məsafədən zərbəsini tutur
47. Yasin Hima Rəşad Sadiqovu cərimə meydançasında zərərsizləşdirmək istərkən penaltiyə səbəb olur.
49. Adamiya penaltini dəqiqliklə yerinə yetirir - 3:0
56. "Neftçi"də sonuncu dəyişiklik: Yasin Himanı Amit Quluzadə əvəzləyir
61. N.Nedzipini Devran Ayhan əvəzləyir
65. Adamiya dördüncü qolu vurmağa yaxın olsa da, onun zərbəsindən sonra qapıçını da keçən topu son anda İqor Mitreski xəttdən geri qaytarır
66. Adamiyanın qapı qarşısına ideal ötürməsini R.Sadiqov bir toxunuşla qapıya göndərmək istəsə də, E.Sadıqov sayıq oynayır
70. Vüqar Nadirovun əvəzində meydana İlqar Qurbanov çıxır
73. Hakimə etiraza görə D.Ayhan da sarı vərəqə alır
78. C.İmamverdiyevin uzaqdan zərbəsi dəqiq olmur
81. Oyunun qəhrəmanı Adamiyanı Rauf Əliyev əvəzləyir
82. Əfran uzun reyddən sonra qol vurmağa yaxın olsa da, son anda zərbəsi dirəkdən dönür
84. R.Əliyev qol vurmaq şansına malik olsa da, top qapıdan azacıq yan keçir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatır
Hesabat turunun digər qarşılaşmaları dünən keçirilmişdi: Muğan – MOİK – 1:0, Gəncə - Qəbələ - 0:0, Turan – Simurq – 2:1.
|
1
|
Neftçi
|
31
|
19
|
9
|
3
|
52-16
|
66
|
|
2
|
Xəzər Lənkəran
|
31
|
16
|
11
|
4
|
37-17
|
59
|
|
3
|
Qarabağ
|
31
|
17
|
7
|
7
|
40-19
|
58
|
|
4
|
AZAL
|
31
|
12
|
10
|
9
|
33-27
|
46
|
|
5
|
İnter
|
31
|
12
|
10
|
9
|
28-24
|
46
|
|
6
|
Bakı
|
31
|
10
|
10
|
11
|
33-31
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
31
|
12
|
12
|
7
|
29-17
|
48
|
|
2
|
Muğan
|
31
|
13
|
8
|
10
|
28-29
|
47
|
|
3
|
Gəncə
|
31
|
8
|
12
|
11
|
30-33
|
36
|
|
4
|
Turan
|
31
|
7
|
6
|
18
|
23-42
|
27
|
|
5
|
Simurq
|
31
|
3
|
7
|
21
|
16-49
|
16
|
|
6
|
MOİK
|
31
|
3
|
6
|
22
|
10-54
|
15
|
Bombardirlər:
17 - Georgi Adamiya (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL)
