12 may 2011 12:04
Macarıstan ÇL-da yeni klubla təmsil olunacaq
Macarıstanda da cari mövsümün çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, mövsümün bitiminə iki tur qalmış öz meydanında “Kaposvar”ı 3:1 məğlub edən “Videoton” bütün rəqibləri üçün əlçatmaz olub.
Nəticədə əsas izləyicisi “Paks”ı 8 xal qabaqlayan bu komanda erkən çempionluq sevinci yaşayıb. Qeyd edək ki, vaxtilə Macarıstanı UEFA Kubokunda təmsil etmiş “Videoton” ilk dəfə Çempionlar Liqasında çıxış etmək imkanı qazanıb. Çünki indiyə qədər bu komanda heç vaxt ölkə çempionu adını qazanmamışdı.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında “Neftçi” təmsil edəcək.
| 1 | Videoton | 28 | 17 | 7 | 4 | 57 | - | 27 | 58 |
| 2 | Paks | 28 | 15 | 5 | 8 | 47 | - | 35 | 50 |
| 3 | Ferencvaros | 28 | 14 | 4 | 10 | 46 | - | 42 | 46 |
| 4 | Debrecen | 28 | 12 | 9 | 7 | 51 | - | 40 | 45 |
| 5 | Zalaegerszeg | 28 | 13 | 5 | 10 | 47 | - | 45 | 44 |
| 6 | Kaposvar | 28 | 13 | 4 | 11 | 41 | - | 39 | 43 |
| 7 | Ujpest | 28 | 11 | 6 | 11 | 45 | - | 37 | 39 |
| 8 | Vasas Budapest | 28 | 11 | 6 | 11 | 33 | - | 42 | 39 |
| 9 | Gyor | 28 | 9 | 11 | 8 | 37 | - | 33 | 38 |
| 10 | Haladas | 28 | 10 | 7 | 11 | 39 | - | 34 | 37 |
| 11 | Budapest Honved | 28 | 10 | 7 | 11 | 32 | - | 34 | 37 |
| 12 | Kecskemeti | 28 | 11 | 2 | 15 | 48 | - | 52 | 35 |
| 13 | Lombard | 28 | 10 | 5 | 13 | 39 | - | 47 | 35 |
| 14 | Siofok | 28 | 7 | 10 | 11 | 25 | - | 36 | 31 |
| 15 | MTK Budapest | 28 | 7 | 6 | 15 | 30 | - | 45 | 27 |
| 16 | Szolnok | 28 | 4 | 6 | 18 | 24 | - | 53 | 18 |
