12 may 2011 12:25

“Azərbaycanda yüksək səviyyəli futbolçular yetişəcək”

Azerisport.az sizi “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Deril Villardın müsahibəsi ilə tanış edir.
 
- Əsas komandadan fərqli olaraq, “Qəbələ”nin əvəzedici heyəti birinci altılıqda mübarizəni davam etdirir...
- Mənim üçün bunun elə də böyük əhəmiyyəti yoxdu. Əsas məqsədimiz birinci komanda üçün yaxşı futbolçu hazırlamaqdı. Əvəzedicilərdən ibarət heyət Qəbələ Futbol Akademiyası ilə əsas heyət arasında əlaqələndirici rol oynayır. Futbolçularımız bu mövsümdə də özlərini yaxşı göstərə bildilər. Turnir cədvəlində üçüncü olmağımız futbolçularımızın məşqlərə və oyunlara peşəkar yanaşmasının nəticəsidi. Təbii ki, birinci altılıqda daha güclü futbolçulardan formalaşdırılmış komandalar oynayır. Bu baxımdan, ilk sıralarda olmaq bizim xeyrimizədi.
 
- Ötən mövsümün bürünc mükafatçısı xeyli vaxtdır üçüncü pillədə qərarlaşıb. Hazırkı vəziyyət sizi qane edir?
- Digər klublarla müqayisədə “Qəbələ”, ümümiyyətlə, başqa istiqamətdə inkişaf yolunu tutub. Komanda kimi birinci olmağa can atmırıq. Biz başqa komandalardan çox fərqlənirik. Ona görə də mənim üçün heç bir fərqi yoxdu komanda birinci yerdə gedir, yoxsa sonuncu.
 
- Amma hər halda, komanda qarşısında hansısa vəzifə olmamış deyil...
-  Mənim işim ondan ibarətdi ki, gənc fubolçulara texniki, taktiki və fiziki cəhətdən yaxşı hazırlıq keçim. Inanıram ki, növbəti mövsümlərdə əsas komandada yaxşı futbolçular görəcəyik.
 
- Deyirsiniz ki, üzərinizə düşən vəzifələrdən biri də əsas komandaya layiqli futbolçular yetişdirməkdi. Bu mənada işlər necə gedir?
- Artıq 10 aydı Qəbələdə işləyirəm. Birinci mövsüm mənim üçün daha çox tanışlıq xarakteri daşıyıb. Azərbaycan futbolu haqda bacardıqca çox informasiya toplamağa çalışmışam. Buna artıq nail olmuşam. Qəbələ Futbol Akademiyası ildən-ilə güclənir. Akademiya həm əvəzedici, həm də əsas komandaya güclü yerli futbolçular yetişdirib verəcək. Bu, gəlişi gözəl sözlər deyil. Bunu yaxın illərdə görəcəksiniz.
 
- Yeri gəlmişkən, mayın 13-də Qəbələ Futbol Akademiyasının ilk buraxılışı olacaq. Akademiyanın bu mövsümdəki işini necə dəyərləndirirsiz?
- Ümumiyyətlə, yaxşı nəticələr əldə etmək üçün bir qədər gözləmək lazımdır. Qəbələ Futbol Klubunda yaradılan struktur və görülən işlər yaxın gələcəkdə daha yaxşı futbolçu yetişdirəcəyimizə zəmanət verir. Akademiyamızın böyük potensialı var. Sadəcə, bir qədər səbrli olmaq lazımdı.
 
- Bu yaxınlarda Toni Adams bildirib ki, əvəzedicilərin heyəti akademiyanın üzvləri hesabına komplektləşdirilməlidi...
- Əslində, belə də olmalıdı. Heyətin qalan hissəsi isə əsas komandaya düşməyənlərdən və zədədən sonra oyun praktikasının yoxluğundan əziyyət çəkənlərdən təşkil olundu. Bu, ən düzgün variantdı. Növbəti mövsümda bu yolla getməyi planlaşdırırıq.
 
- Mövsümün sonunda hansı dəyişikliklər olacaq?
- Dəyişikliklər olacaq: 8-9 futbolçu ilə yollarımızı ayıracağıq. Daha yaxşı futbolçularla güclənəcəyik. Əlbəttə ki, akademiyamızın yetirmələrinin hesabına.
 
- Gələn mövsümdə neçə oyunçunuz əsas komandaya cəlb edilə bilər?
- Bu mövsümdə Tərzin Cahangirov və Fərid Haqverdiyev əsas komandaya cəlb edilib. Sərəncamımızda olan gənc futbolçular 2-3 ildən sonra əsas komandanın heyətinə düşə bilər.
 
- Deməli, onlar səviyyəli yerli və əcnəbi futbolçularla rəqabətə tab gətirə bilməyəcəklər?
- İndiki əvəzedici komandanın oyunçuları futbola daha erkən yaşlarından başlamalıydılar. Onlar düzgün futbol dərsi alsaydılar, indi rəqabətə davam gətirərdilər. Ona görə də bizi qarşıda xeyli çətin iş gözləyir.
 
- Yerli gənclərlə işləmək sizə çətin gəlmir?
- Yox. Çox tərbiyəli və böyük-kiçik yerini bilən futbolçularımız var. Öyrənməyə meyllidilər və potensiallarından maksimum faydalanmaq istəyirlər. Bu da çox vacibdi. Azərbaycan futbolunun yaxın gələcəyi indi futbol məktəblərində oynayan gənclərin əlindədi.
 
- Deməli, gələcəyə ümüdlə baxmağına dəyər ?
- Ölkədə kifayət qədər səviyyəli əcnəbi mütəxəssislər çalışır. Hər bir məşqçi ümumi işə öz töhfəsini verərsə, Azərbaycanda yüksək səviyyəli futbolçular yetişəcək. Bu, uzunmüddətli strategiyadı. Yaxın 10 ilə nəticəsini görə bilərik. Bunun üçün hər kəs inkişafa hazır olmalı və bir məqsəd üçün işləməlidi. (Qəbələ FK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.