12 may 2011 20:38

Millimiz Rumıniya ilə oyundan sülhlə ayrıldı (YENİLƏNİB)

Moldovanın Kişinyov şəhərində təşkil olunmuş “FA of Moldova Cup” turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız bu dəfə rumıniyalı həmyaşıdları ilə qarşılaşıb.
 
Qeyd edək ki, Təbriz Həsənovun komandası bu görüşə lider kimi çıxırdı. Çünki ilk oyunda komandamız Litva millisi üzərində qazandığı əzmkar qələbə (2:1) sayəsində iştirakçılar arasında birinci pilləyə yüksəlmişdi. Turnirə ev sahibliyi edən Moldova isə məhz bugünkü rəqibimiz Rumıniyanı 1:0 hesabı ilə məğlub etmişdi.
 
Tərəflərin çoxsaylı cəhdlərinə rəğmən, qapılara qol vuran tapılmayıb. Komandamız isə ikinci hissəni demək olar ki, bütövlükdə 10 nəfərlə keçirib. Lakin heç-heçəyə rəğmən, komandamız liderliyini qoruyub.
 
FA of Moldova Cup
12 may
 
AZƏRBAYCAN – RUMINİYA - 0:0 (0:0)
 
Oyun başladı
Komandamız oyuna daha fəal başlayıb
Təbriz Həsənovun yetirmələri topa daha çox nəzarət edir, daha təhlükəli hücumlar qurur
Hissənin ortalarına yaxınlaşdıqca rumınlar oyunda bir qədər dönüş yarada biliblər və onlar da artıq bir neçə təhlükəli hücum təşkil edib
Millimizin ardıcıl iki dəfə qol vurmaq şansı olsa da, oyunçularımız son anda dəqiq oynamırlar
İlk yarının sonlarında rumınların heyətində iki əvəzləməyə əl atılır
Birinci hissə qolsuz başa çatır
İkinci hissə başladı
Komandamız ikinci hissədə də fəal görünür
49-cu dəqiqədə komandamızın oyunçularından biri topsuz rəqibinə zərbə endirdiyi üçün meydandan qovulur
Komandamızın heyətində Qurbanəli Əliyevi Nurlan Əhmədov əvəzləyir
Millimiz azlıqda qalsa da, hücumlarını davam etdirir
Rumınlar getdikcə üstünlüyü ələ almağa başlayıblar və qapımız qarşısında təhlükəli vəziyyətlər yaradırlar
Komandamızın qapıçısı son saniyələrdə inanılmaz şəkildə rəqibin fərqlənməsinə imkan vermir
Matç başa çatdı
 
Bu oyunla eyni vaxtda keçirilən oyunda isə meydan sahibləri Moldova Litva ilə qarşılaşıb. İlk yarının son dəqiqəsində moldovalılar hesabda önə keçsələr də, 70-ci dəqiqədə litvalılar hesabı bərabərləşdiriblər - 1:1. Bu azmış kimi, qonaq komanda son saniyələrdə qələbə qoluna da imza atıb - 1:2.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.