12 may 2011 12:48
Almanlar millimizin qapıçısını bəyənmədilər
Azərbaycan millisinin qapıçısı Andrey Popoviç Almaniyanın “Fortuna” klubunda baxışdan uğurla keçə bilməyib. Azerisport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Abşeron”un şərəfini qoruyan futbolçu baxışda olduğu müddətdə Düsseldorf klubunun məşqçiləri tərəfindən bəyənilməyib.
Qeyd edək ki, bu ayın əvvəlində baxışa yollanan həmyerlimiz baxışda olduğu müddətdə bir sınaq matçında da qüvvəsini sınamışdı. Lakin görünür o, “Fortuna”nın “TuS Qrevenbroyxa” klubu ilə yoldaşlıq matçında özünü doğrulda bilməyib. Komandası 2:1 hesablı qələbə qazansa da, 36-cı dəqiqədə Popoviç qapısından top buraxmasına üzülmüşdü.
Qeyd edək ki, hələlik Popoviçin “Abşeron”dakı taleyi də sual altındadı. Onun taleyinə mayın 14-dən sonra aydınlıq gəlmiş olacaq.
