12 may 2011 20:24
Azərbaycan yığması Gürcüstana məğlub oldu (YENİLƏNİB)
Bakı şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, komandamız Şağan Olimpiya İdman Kompleksində gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 3:1 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə başa çatıb. Bu komandalar arasında növbəti oyun mayın 14-də, saat 11:00-da, Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.
Yoldaşlıq oyunu
12 may
Azərbaycan - Gürcüstan - 1:3
