13 may 2011 01:19
XL son məşqini qapalı həyata keçirdi
Bu gün Premyer Liqanın 31-ci turu çərçivəsində “Bakı”nı qəbul edəcək “Xəzər Lənkəran” mayın 12-də saat 17:30-da “Fırtınalar Meydan”ının yardımçı meydançasında oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bütün futbolçuların qatıldığı hazırlıq prossesində əhval-ruhiyyənin yaxşı olması diqqət çəkən əsas məqamlardan olub.
Lakin komandanın son hazırlıq prosesi qapalı keçirilib. Belə ki, məşq zamanı stadionun bağlı qapısı qarşısında çoxlu sayda azarkeş dayansa da, onlar arenaya buraxılmayıb.
