13 may 2011 01:38
Qarabağ - Neftçi - 2:0
Premyer Liqanın 31-ci turunun “Qarabağ” ilə “Neftçi” arasındakı Azərbaycan derbisi meydan sahiblərinin qələbəsiylə başa çatacaq. Azerisport.az xəbər verir ki, bu haqda azarkeşlər arasında keçirdiyimiz sorğunun nəticələri belə danışmağa imkan verir.
Məsələ burasındadı ki, “sizcə, “Qarabağ” - “Neftçi” matçında hansı hesab qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımız demək olar ki, qonaqlara heç bir şans tanımayıblar. Respondentlər meydan sahiblərinin 2:0 hesablı qələbə qazanacağına daha çox inanırlar. Hər halda respondentlərin daha çoxu - 22 faizi məhz bu varianta səs verib. Oxucularımızdan bu sorğuya qatılanların 21 faizi isə ağdamlıların 1:0 hesablı qələbəyə sevinəcəyini proqnozlaşdırırlar. 18 faiz iştirakçı isə isə meydan sahiblərinin 2:1 hesablı qələbəsinə inanır.
Qeyd edək ki, Quzanlıda keçiriləcək oyuna əvəzedici heyətlə yollanan “Neftçi”nin bu səfər matçında hansısa uğur qazanmasına ümid bəsləyənlərin səs faizləri çox azdı.
