13 may 2011 13:47
Qarabağ mövsüm başa çatan kimi Türkiyəyə yollanacaq
Ağdamın “Qarabağ” klubu ölkəmizi təmsil edəcəyi Avropa Liqasının hazırlıqlarına cari mövsüm başa çatan kimi start verməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, bu üzdən də Qurban Qurbanovun komandasının iyunun əvvəlində Türkiyəyə təlim-məşq toplanışına yollanması nəzərdə tutulub.
Komandamız qardaş ölkədə həm Avroliqanın tənsifat mərhələsinin oyunlarına hazırlaşacaq, həm də heyətinə qatmaq istədiyi yeni oyunçuları sınaqdan keçirəcək. Qeyd edək ki, Avropa Liqasında təsnifat mərhələsinin oyunları artıq iyunun sonlarından etibarən start götürəcək.
