13 may 2011 14:21
Dünya futbolunun əfsanəsi geri qayıdır
Braziliyanın “Corinthians” klubunun prezidenti Andre Sançes maraqlı bir açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, bir neçə ay öncə futboldan getdiyini açıqlayan Ronaldonun yenidən yaşıl meydanlara dönəcəyini açıklayıb.
O, ünlü veteran futbolçu ilə 2012-ci ilin ortasında sona çaacaq yeni bir anlaşma imzalayacaqlarını söyləyib.
Maraq üçün xatırladaq ki, sadəcə Braziliyanın yox, həm də dünya futbolunun əfsanələrindən olan Ronaldo, 3 ay öncə yaşıl meydanla vidalaşdığını bildirmişdi. Braziliya ilə 1994 və 2002-ci illərdə dünya çempionu adını qazanan Ronaldo, xronikləşən diz zədəsi və artıq çəkidən yaxa qurtara bilmədiyi üçün artıq futbol oynamağın onun üçün problemə çevrildiyini əsas gətirərək, getməyi üstün tutmuşdu. Lakin görünür 34 yaşlı futbolçu göz yaşları içində verdiyi həmin qərarını dəyişməyə üstünlük verib.
"Ronaldo yenidən futbol oynayacaq. 3 matçdamı, 4 matçdamı, 5 matçdamı oynayacaq, bilmirəm. Ancaq dəqiq bildiyim onun geri dönəcəyidi” – deyə “Corinthians” prezidenti şok açıqlama ilə ictimaiyyəti təəccübləndirib. Qeyd edək ki, Ronaldonun artıq yaxın bir neçə həftə içində yenidən meydana çıxması gözlənilir.
