13 may 2011 14:51
Petar Zlatinov: İnter sözünü Avropa Liqasında deyəcək
“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turunun AZAL, eləcə də “Xəzər Lənkəran”la finalın kubok oyunundakı şanslarından danışıb.
- AZAL ilə oyun öncəsi komandanızdakı durum necədi?
- Hər şey normaldı. Bütün komanda anlayır ki, kubokun finalı da daxil olmaqla qalan oyunlarımızı qələbə ilə başa vurmaq lazımdı. Bu oyunlarda maksimum nəticə qazanmaq bizim üçün böyük əhəmiyyət daşıyır. Əlbəttə, çempion məlumdu, ikinci və ya üçüncü yeri tutmaq şansımız da qalmayıb.Amma bütün bunlara rəğmən “İnter” üçün hələ motivasiya qalır. Biz dördüncü yerə yüksələ və kuboku qazana bilərik. Ən əsası isə, buna nail olmaqla həm də avrokuboklara vəsiqəni rəsmiləşdirə bilərik.
- Çoxları hesab edir ki, “İnter”in AZAL ilə oyunları alınmır...
- Bu futboldu, hər şey ola bilir. Hesab etmirəm ki, AZAL bizim üçün uğursuz rəqibdi. Düzdü, həmişə biz istəyən olmue. Amma əminəm ki, qarşıdakı oyunda 3 xala sevinən tərəf məhz “İnter” olacaq. Sübut edəcəyik ki, AZAL da məğlub edə biləcəyimiz komandadı.Çünki dördüncü yeri tutmaq üçün buna borcluyuq. Buna görə də əsl komanda oyunu sərgiləməliyik.
- Bəs rəqib komanda haqda nə deyərdiz?
- Digər komandalardan danışmaq istəmirəm. Onların da klubları haqda düşünən öz futbolçuları, baş məşqçiləri var. Mənim üçün əsas öz komandamın oyunudu. Əgər biz öz oyunumuzu göstərə bilsək, azarkeşlərimizi mütləq sevindirəcəyik.
- “İnter” ölkə kubokunun finalına vəsiqə qazansa da, əvvəlki finallarda heç də uğur qazana bilməyib...
- Bu final mənim üçün “İnter”də üçüncü olacaq. Təəssüf ki, əvvəlki iki həlledici oyunda qələbə qazana bilməmişik. Kubok oyunlarında bizdə nəsə alınmır. Əlbəttə, demək olar ki, bütün futbolçular yorğun olurlar. İstənilən halda onsuz mövsüm başa çatmaq üzrədi. Bu dəfə kuboku biz qazanmalıyıq. Mövsümü titulsuz bitirmək istəmirik.
- Öz oyununuzu necə dəyərləndirərdiz?
- Əgər “İnter” beşinci pillədədirsə, mən onu necə qiymətləndirə bilərəm? Təbii ki, razı ola bilmərəm. Bu, mənim komandadakı ən pis mövsümümdü. Elə “İnter”in özü üçün də ən pis mövsümlərdən biridi. Amma bu uğursuzluq hər bir komanda üçün olur. Amma indi bizim üçün hər şeydən önəmli olan avrokuboklara vəsiqə qazanmaqdı. Biz sözümüzü avrokuboklarda deyəcəyik.
- Mayda “İnter”lə müqavilənizin müddəti başa çatır. Planlarınız?
- Hələlik müqavilə barədə düşünmürəm. Onun müddəti mövsümün sonuna kimidi. Sonra necə olacağını isə bilmirəm. Bu haqda yayda düşünərik. Amma çox istərdim ki, Azərbaycanda qalım, karyeramı “İnter”də davam etdirim. Bu komanda mənim üçün doğmadı. Əgər təklif etsələr, “İnter”də qalacam.
- Hələlik müqavilə barədə düşünmürəm. Onun müddəti mövsümün sonuna kimidi. Sonra necə olacağını isə bilmirəm. Bu haqda yayda düşünərik. Amma çox istərdim ki, Azərbaycanda qalım, karyeramı “İnter”də davam etdirim. Bu komanda mənim üçün doğmadı. Əgər təklif etsələr, “İnter”də qalacam.
