13 may 2011 15:14
Maksimlə Əfran Türkiyə klubunun maraq dairəsində
“Qarabağ”ın iki futbolçusu Türkiyə klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, “Göztepe” klubu Ağdam təmsilçisinin, eləcə də millimizin müdafiəçisi Maksim Medvedev, eləcə də Əfran İsmayılovu heyətində qatmaq istəyir.
Bu məqsədlə sözügedən klubun nümayəndəsi Ali Gültekin artıq ölkəmizə təşrif buyurub. O, bu gün Quzanlıda keçirilən “Qarabağ” – “Neftçi” matçında hər iki oyunçunu iş başında izləyir.
