13 may 2011 16:01
Qarabağ Maksimlə Əfranı Türkiyə klubuna buraxmayacaq
“Qarabağ” Türkiyə klubunun maraq dairəsinə düşən futbolçularını qardaş ölkəyə buraxmağa hazırlaşmır. Azerisport.az saytına müsahibə verən Ağdam klubunun baş direktoru Əmrah Çəlikəl bildirib ki, Əfran İsmayılovla Maksim Medvedevi “Göztəpə”yə satmayacaqlar:
“Hər iki futbolçu avrokuboklar vaxtı bizə lazımdı. Düzdü, biz özümüz də istərik ki, Əfranla Maksim xaricdə oynasın. Amma onların daha güclü klublarda çıxış etməsini istəyirik, nəinki “Göztəpə”də. Axı bu klub birinci liqada çıxış edir. Biz onlara sadəcə əvəzedici heyətimizin bir neçə üzvünü verə bilərik. Amma əsas heyətin üzvlərindən heç kimi buraxmaq fikrimiz yoxdu”.
