13 may 2011 16:25
Azərbacanlı futbolçular üçün revanş imkanı
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabah daha bir sınaq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, sabah – mayın 14-də komandamızın üzvləri gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da, Mərdəkandakı “Dalğa” stadionunda baş tutacaq. Onu da qeyd edək ki, bu, millimiz üçün bir revanş xarakteri daşıyacaq. Çünki tərəflər arasında dünən keçirilən oyunda gürcülər komandamızı 3:1 hesabıyla məğlub etmişdilər.
