13 may 2011 16:36
Berti Foqts: Qarabağ çempion ola bilərdi
Millimizin baş məşqçisi Berti Foqts Quzanlıya səfəri və izlədiyi “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı fikirini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, maraqlı fikir səsləndirib:
“Təəssüf ki, “Qarabağ” bu mövsüm Ağdamda sadəcə bir oyun keçirir. Halbuki, mən özüm də bura gəldiyimə görə çox şadam. Amma əgər “Qarabağ” bu mövsüm bütün ev oyunlarını burda keçirsəydi, onda çempion da ola bilərdi. Bugünkü görüşü isə mən daha çox yoldaşlıq oyununa bənzədərdim”.
