13 may 2011 17:19
Arif Əsədov: İnter`lə oyunda daha yaxşı çıxış etdik
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 31-ci turunun “Qarabağ”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Çempion olduqdan sonra gənc futbolçulara şans verəcəyimi demişdim. Bu dəfə də eyni addımı atdıq. Amma deməliyəm ki, gənc futbolçularımız ötən tur "İnter"lə qolsuz bərabərliyə qaldığımız oyunda ümidləri doğrultmuşdular. Bu oyunda isə hələ üzərlərində çox işləməli olduqları məlum oldu. Bu gün Ağdamdakı stadionda əla atmosfer vardı".
