13 may 2011 17:24
Qurbanov: Bizim əsas məqsədimiz azarkeşləri sevindirmək idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 31-ci turunun “Neftçi” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının Quzanlıda qazandığı 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Bir ildir burda oynamırdıq. Bu səbəbdən də nəticə o qədər də vacib deyildi. Çünki avrokuboklara vəsiqəni artıq təmin etmişik. Bizim əsas məqsədimiz azarkeşləri sevindirmək idi. Gümüş medallar uğrunda mübarizəni davam etdirəcəyik. Yorğunluğa baxmayaraq, son oyunda da nəticə qazanmağa çalışacağıq. “Neftçi”yə Ağdama gəlməyə razı olduğu üçün təşəkkür edirəm".
