13 may 2011 17:03
Adamiya Nasimovu taxtdan saldı
Premyer Liqanın 31-ci turu bombardirlər yarışında lider dəyişikliyi ilə yaddaqalan oldu. Azerisport.az xəbər verir ki, mövsümün əvvəlindən ən sərrast futbolçu ünvanını qoruyan “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimovu mövqeyini "Qarabağ"ın futbolçusu Georgi Adamiyaya təhvil verib.
Mövsümün əvvəlindən lider olan "Neftçi"nin futbolçusu Bahodir Nasimov uzun müddət idi ki, "qol orucunu" poza bilmirdi. Əvəzində tez-tez fərqlənən Adamiya bu tura qədər 14 qol vurmuşdu. Bu gün Quzanlıda keçirilən "Neftçi" ilə oyunda isə het-trik edən gürcü futbolçu qol sayını 17-yə çatdıraraq, bombardirlər yarışında liderliyi ələ aldı.
Adamiya və Nasimovu 11 qolla Flavinyo (Neftçi), 10 topla Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə) və Qvidas Yuşka (AZAL) izləyir.
Qeyd edək ki, 2005-ci ildən ölkəmizdə çıxış edən Adamiya Premyer Liqada ümumilikdə 52 qola imza atıb. Bu gün 3 qol vurduğu "Neftçi"nin heyətində 29 dəfə fərlənən gürcü futbolçu "Qarabağ"dakı qollarının sayını 21-ə çatdırıb. Adamiya "Bakı"nın heyətində rəqib qapılarına 2 qol vurub.
