13 may 2011 17:41
Sadıq Sadıqov Quzanlıdakı darmadağından danışdı
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Premyer Liqanın 31-ci turunun “Qarabağ”la səfər oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində paytaxt klubunun başçısı komandasının 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Qarabağ”a qarşı gənclərimiz oynayırdı. Biz indi mövsümün qapanış matçı olan “Xəzər Lənkəran”la oyuna hazırlaşırıq. Yeri gəlmişkən, gənclər hər il komandada daha çox üstünlük təşkil etməlidi. Bu oyunun Quzanlıda keçirilməsinə gəlincə, mən də belə düşünürəm ki, “Qarabağ” rəqiblərini məhz burda qəbul etsə, yaxşıdı”.
