13 may 2011 20:25
Paytaxt derbisində qalmaqal
Premyer Liqanın 31-ci turunun “İnter”lə AZAL arasındakı paytaxt derbisi münaqişəsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, komandaların azarkeşləri “Şəfa” stadionunda keçirilən qarşılaşmanın fasiləsində dalaşmağa cəhd göstərib.
Belə ki, ilk yarıda səsləndirilən şüarlardan narazı qalan “İnter” fanatları ilk yarı bitən kimi AZAL-ın azarkeşləri olan tribunaya yaxınlaşaraq, bu şüarları səsləndirməyə başlayıblar: “İnter, İnter”, “AZAL qaz”. Qonaq komandanın azarkeşləri onlara cavab verməyə, hətta dalaşmağa cəhd göstərsə də, polislər münaqişənin böyüməsinə imkan verməyiblər.
