13 may 2011 21:13
Starkov: Belə oyun birinci qola kimi davam edir
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 31-ci turunun “Xəzər Lənkəran”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Oyun maraqlı məcrada keçdi, ikitərəfli mübarizə var idi. İlk hissədə meydan sahiblərinin ərazi üstünlüyü olsa da, hesab edirəm ki, ikinci yarıda biz də çoxlu vəziyyətlər yaratdıq. Belə oyun birinci qola kimi davam edir, ardınca isə qol vuran tərəf böyük üstünlük əldə edir. Rəqibimiz də məhz bu şəkildə üstünlüyü əldə etdi. Ümumilikdə, oyun çox gərgin oyun alındı”.
Sonda Starkov həmkarını təbrik etdi və “Xəzər Lənkərana” qarşıdakı turda və kubok oyunun finalına uğurlar arzulayıb.
