13 may 2011 21:38
Nazim Süleymanov: Komandadan razı qaldım
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 31-ci turunun “İnter”lə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı qolsuz heç-heçədən sonra bunları dilə gətirib:
“İnter”lə bizim oyunumuz həmişə çətin olur. Oyun yaxşı alındı, komandadan razı qaldım. “İnter” komandası da yaxşı mübarizə apardı, hər iki komandanın qol imkanları oldu. Lakin, təəssüf ki, istifadə edə bilmədik. Qarşıda daha bir oyunumuz var. Ona hazırlaşmalıyıq”.
