13 may 2011 21:48
Sxadadze: Xüsusilə son 20 dəqiqədə meydanda özbaşınalıq vardı
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 31-ci turunun AZAL ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Oyun istədiyimiz kimi alınmadı. Qol vurmaq üçün imkanımız çox idi, lakin düzgün istifadə edə bilmədik. Öz oyunumuzdan razı qalmadım. Xüsusilə son 20 dəqiqədə meydanda özbaşınalıq vardı. “Bakı” ilə oyuna daha yaxşı hazırlaşıb, qalib gəlməyə çalışacağıq”.
