13 may 2011 11:22
Berti Foqts Quzanlıda
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts artıq Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisi bu gün Premyer Liqanın 31-ci turu çərçivəsində bir oyunu da izləyəcək.
Belə ki, o, saat 15:00-da, Quzanlı Olimpiya İdman Kompleksində keçiriləcək “Qarabağ” – “Neftçi” oyununu stadionda izləmək üçün Ağdama yollanıb.
