13 may 2011 11:40

Mirhüseyn Seyidov: İkinci yeri Qarabağ tutacaq

“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov azerisport.az saytına müsahibəsində bu gün Quzanlıda keçiriləcək “Qarabağ”la oyundakı şanslarından, ikinci yer uğrundakı mübarizədən danışıb.

- Sizin üçün “Qarabağ”la bu səfər oyununuz nə dərəcədə vacib əhəmiyyət daşıyır?
- “Qarabağ”la oyunumuzun Quzanlıda keçiriləcəyini eşidəndə sevindim. Cəbhə xəttinin yaxınlığında oynamaq qürurvericidi. Orda yaşayan həmyerlilərimizi sevindirmək xoş olacaq. Mən hər yerdə oynamağa hazıram.
 
- Siz artıq burda oynamaq imkanı əldə etmisiz?
- Xeyr, ötən mövsüm zədə səbəbindən orda keçirilən oyunumuza aparılmamışdım. Amma bu dəfə özümü göstərməyə hazıram. Düzdü, Quzanlıya tamamilə gənclərdən qurulmuş heyətlə gəlmişik, amma uşaqların hamısı özlərini göstərmək istəyirlər. Buna görə “Qarabağ”ın işinin asan olacağını da düşünmürəm.
 
- Hər halda rəqibin bu oyun üçün daha böyük motivasiyaya malik olduğu şübhəsizdi...
- Biz turnir vəzifəmizi artıq yerinə yetirmişik, “Qarabağ” isə hələ çalışır. Bu oyunda qələbə onlara daha çox lazımdı. Lakin bu, o demək deyil ki, onlara 3 xalı hədiyyə edəcəyik. Nəzərə alsaq ki, biz hazırkı çempionuq, bu ad uğrunda layiqincə döyüşməliyik. Mövsümün sonunda xal itirməmək istəmirik.
 
- Maraqlıdı ki, son iki oyununuz məhz gümüş medallar uğrunda mübarizə aparan komandalarla qarşıdı. Hansı, komandanı ikinci görürsüz?
- “Qarabağ”da mənim çoxlu dostlarım var. Buna görə də düşünürəm ki, ikinci pilləni məhz onlar tutarlar.
 
- Son dövrlər əsas heyətdə heç də çox görünmürdünüz...
- Ən həlledici dövrdə baş məşqçimiz daha təcrübəli futbolçularımıza güvənməyi qərara almışdı. Məhz bu üzdən də gənc oyunçular az şans qazanırdı. Amma bizim də özümüzü göstərmək üçün imkanımız oldu.
 
- Yəni siz həmin çempionluğu təmin edə bilməzdiz?
- Mən belə deməzdim. Növbəti mövsümdə əsas heyətin üzvləri məhz biz olacağıq. İstənilən halda “Neftçi”nin bu ilki çempionluğunda da biz gənclər 20 faiz rol oynamış oldu.
 
- Bu, sizin ilk medalınız idi?
- Belə səviyyədə, bəli. Amma qızıl medalım var idi. İki mövsüm öncə əvəzedicilər arasında ölkə çempionu adını qazanmışdıq. Yeri gəlmişkən, onda da komandamızı Arif Əsədov çalışdırırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.