14 may 2011 00:01
Berti Foqts: Bunlar məni elə də maraqlandırmır
Premyer Liqanın 31-ci turunun “Qarabağ” – “Neftçi” matçından sonra milli komandamızın baş məşqçisi Berti Foqts azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun haqda fikirlərinizi bilmək istərdik...
- Birinci hissədə xüsusi heç nə baş vermədi. Bütövlükdə səfərim xoşuma gəldi. Heç vaxt Quzanlıda olmamışdım. Yaxşı yerdi. Belə stadionlarda daha çox oynamaq lazımdı. Təəssüf ki, “Qarabağ” ev oyunlarını burda keçirmir. Tribunalar doludu, yaxşı dəstək var. Bunlara Suraxanıda rast gəlmirik. Burda oynamaq ikiqat xoşdu. Oyun daha çox “Qarabağ” üçün vacib əhəmiyyət daşıyırdı, onlar da qələbə qazandılar.
- Siz ümumiyyətlə, bu şəhər haqda ətraflı məlumata maliksiz?
- Bu haqda bir az məlumatım var. Mənə deyiblər ki, Qarabağ, Ağdam işğal altındadı.
- Siz “Neftçi”nin çempion olduqdan sonra gənclərə şans verməsini necə qiymətləndirirsiz?
- Bu, baş məşqçinin qərarıdı, onun işidi. Bunlar məni elə də maraqlandırmır. Məni daha çox yığma üzvlərinin hansı formada olması maraqlandırır.
- Bu, baş məşqçinin qərarıdı, onun işidi. Bunlar məni elə də maraqlandırmır. Məni daha çox yığma üzvlərinin hansı formada olması maraqlandırır.
- Bəs Qazaxıstanla oyun ərəfəsində komandamızın üzvlərinin hazırlıq durumu haqda nə deyərdiz?
- Mən yığma üzvlərinin oyunundan narazıyam. “Qarabağ” – “Neftçi” oyunu yoldaşlıq matçına bənzəyirdi. “Neftçi”ni başa düşmək olar. Onlara çempion olduqdan sonra bu oyunlara köklənmək heç də asan deyil.
- Onların çempion olmasını necə qarşıladınız?
- Onlar bütün mövsüm boyu yaxşı səviyyədə oyun sərgilədilər. Ən əsası isə sabit oynayırdılar. Vacib oyunlarda xal qazanmağı bacardılar. Hesab edirəm ki, “Neftçi” çempionluğa layiq idi. Məşqçilər korpusunu təbrik edirəm.

- Komandaya Çempionlar Liqasında nəyi məsləhət görərdiniz?
- Hələ püşkatmanı gözləmək lazımdı. Mən rəqiblər haqda heç nə bilmirəm. ÇL Azərbaycan çempionatından güclüdü. Püşkatmanı gözləyək, onda danışarıq.
- Fərhad Vəliyevlə Rəşad Sadiqovun oyununu necə qiymətləndirərdiz?
- Ayır-ayrı oyunçular haqda danışmaq istəmirəm.
- Eynəyinizin sındığını gördük. Onu burda düşürmüsüz?
- Jurnalist mikrofonu ilə eynəyimi yerə saldı (gülür).
- Jurnalist mikrofonu ilə eynəyimi yerə saldı (gülür).