13 may 2011 12:28
Turan yenidən baş məşqçisiz qaldı
"Turan" yenidən baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Naci Şensoyun qovulmasından sonra komandaya baş məşqçi təyin olunan Asim İbrahimov da Tovuz klubundan ayrılıb.
"Turan"ı yalnız "Qəbələ" ilə oyuna çıxaran və 0:1 hesabı ilə yenilən İbrahimov daha sonra heç kimə xəbər vermədən düşərgəni tərk edib. Belədə komandanın dünən "Simurq"la oyuna məşqçilər korpusunun digər üzvü (2:1) Eltay Aslanov çıxarıb.
Maraqlıdı ki, İbrahimovun komandadan ayrılmasının səbəbləri məlum deyil. Məlum olan bir məqam var ki, bu mövsüm Tovuz klubu artıq 4-cü baş məşqçisini yola salır. İbrahimovdan öncə Sakit Alıyev, Revaz Dzodzuaşvili və Naci Şensoy komandanın sükanı arxasındakı işini yarımçıq qoymalı olmuşdu.
