13 may 2011 00:14

“Şadam ki, bunu görmək mənə nəsib oldu”

Premyer Liqanın 27-ci turu "Qəbələ"nin 25 yaşlı qapıçısı Anar Nəzirov üçün əlamətdar oldu. Belə ki, o, bu mövsümdə ilk dəfə "Qəbələ"nin əsas heyətində Premyer Liqa oyununda meydana çıxmaq şansı əldə etdi.
 
Azerisport.az xəbər verir ki, karyerası ərzində "Gəncə", "Turan", "Standard" və "Neftçi"də oynayan qapıçı son iki turda "Qəbələ"nin qapısının toxunulmazlığını öz üzərinə götürüb. "Qəbələ" - "Simurq" oyununda (3:0) qazanılan qələbədə payı olan Anar son 4 turda da qapıda etibarlı dayandı.
Futbolçu əsas heyətdəki ilk oyunu, əsas qapıçı Pavel Doroşev və növbəti mövsüm barədə danışıb.
 
- "Simurq"la oyun sənin üçün əlamətdar oldu...
- Çox sag olsun baş məşqçimiz, mənə bu şansı verdi. Çox istəyirdim ki, özümü yaxşı tərəfdən göstərim və onun ümidlərini doğruldum. Məncə, birinci dəfə üçün pis alınmadı.
 
- Bu, bir tərəfdən də, rəmzi olsa belə, "quru seriya"nın başlanğıcı oldu.
- Bəli, belə də demək olar. Ümümiyyətlə, birinci oyunda gol buraxmadığıma görə çox xoşbəxtəm. Çünki bu, özünəinam hissinin olması baxımından, hər bir qapıçı üçün çox vacibdi. Çalışacağam ki, mövsümün axırınadək qapımın toxunulmazlığını qoruyub saxlayım. Amma əsas odu ki, "Qəbələ" qələbə qazansın. Şadam ki, çıxdığım ilk oyunda bunu görmək mənə nəsib oldu. Bu qələbədə mənim də payım olduğuna görə çox sevinirəm. 
 
- Yəqin ki, bundan sonra baş məşqçi Toni Adamsın sənə daha çox şans verəcəyini gözləyirsən?
- Əlbəttə. Hər bir oyunçu vaxtının böyük hissəsini meydanda keçirmək istəyir. Amma gərək, bunu baş məşqçi də istəsin. Mənim vəzifəm məşqlərdə can yandırmaq və hər an oyuna hazır olmaqdı.
 
- Pavel Doroşevslə rəqabət aparmaq sənin üçün çox çətindi?
- Paşa (Pavel Doroşev-red.) bu mövsümdə çox etibarlı oynadı. 11 matçda qapısını toxunulmaz saxlamağı nəyə desən dəyər. Təbii ki, belə bir qapıçıyla rəqabət aparmaq çox çətindi.
 
- Belədisə, onda onu özün üçün yaxşı təcrübə mənbəyi hesab edirsən?
- Bəli. Paşa soyuqqanlı qapıçıdı. Bu, əlcək sahibləri üçün çox vacib keyfiyyətdi. Onunla birgə məşq etməyin özü, deyərdim ki, böyük məktəbdi. Ondan çox şey öyrənirəm.
 
- 30 nömrə altında meydana çıxırsan. Bu rəqəmin sizin üçün bizim bilmədiyimiz başqa bir mənası da var?
- (Gülür) Heç bir mənası yoxdu. Sadəcə, 1 nömrəli forma Elnar Kərimovda, 12 isə Paşadadı. Bircə 30 nömrə qalmışdı, onu da mən götürdüm.
 
- Bu mövsümü komanda üçün uğursuz saymaq olar?
- Məncə, yox. Təbii ki, ilk "altılığ"a düşə bilməməyimiz mənfi haldı. Lakin yeni qurulan komanda olduğumuza görə bunu normal qarşılamaq lazımdı. Məşqçilər heyəti də yenidi, futbolçular da. Bu qədər dəyişiklik komandaya təsirsiz ötüşməyə bilməzdi.
 
- Növbəti mövsümdən nə gözləyirsən?
- Ən azı, bundan yaxşı nəticə. Bu mövsümdən fərqli olaraq, gələn il güclülərlə bir sırada olmağı və təbii ki, komandamın avrokuboklarda oynamasını istəyirəm. "Qəbələ"nin azarkeşləri bunu çox arzulayır.
 
- Səncə, bunun üçün hansı addımlar atılmalıdı?
- Məncə, heyət gücləndirilməlidi. İlk addım artıq atılıb - Mahir Şükürov komandamıza transfer edilib. Eşitdiyimə görə, bu, hələ son deyil, yeni transferlər də olmalıdı. "Qəbələ"də rəqabət daha da güclənərsə, bu, hamı üçün faydalı olacaq. (Qəbələ FK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.