13 may 2011 12:33
Azərbaycan kubokunun finalının ən yaxşılarını mətbuat seçəcək
Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin 5 nümayəndəsi futbol üzrə Azərbaycan kubokunun final matçından sonra ən yaxşıları müəyyənləşdirəcək. Azerisport.az xəbər verir ki, jurnalistlər həlledici matçın ən yaxşı futbolçusunu seçəcəklər.
Bundan əlavə mətbuat nümayəndələri həm də cari mövsüm ərzində vurulan ən gözəl qolun müəllifini müəyyənləşdirməlidilər. Mükafatçıların təltifolunma mərasimi kubokun final maçından bir gün sonra – mayın 25-də olacaq.
