14 may 2011 01:07
Almanlar rəsmən açıqladı: Altıntop gedir
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının ulduz futbolçularından Hamit Altıntopun “Bayern”lə yollarını ayıracağı dəqiqləşib. Azerisport.az xəbər verir ki, Münhen klubu onun bazar günü bu komanda ilə son rəsmi oyuna çıxacağını açıqlarkən, Hamitin İspaniya təmsilçisi “Real”a gedəcəyi haqda proqnozlar da artmağa başladı.
“Bayern”in rəsmi saytı Altıntopla yeni müqavilə bağlaya bilmədiklərini, onun “Stuttgart” ilə mövsümün son matçında “Allianz Arena”da sonuncu dəfə meydana çıxacağını bəyan edib. Klub prezidenti Karl-Haynts Rummenigge isə, "Hamit Altıntop mövsümün sonunda komandamızdan getmək istədiyini söylədi. O, bizimlə müqaviləsin yeniləmədi".
İspaniyanın ünlü “Marka” nəşri isə Altıntopun yaxın günlərdə “Real” ilə rəsmi müqavilə bağlayacağını iddia edir.
