14 may 2011 13:15

Qarabağ`da 5 illik həsrətə son

“Qarabağ” cari mövsümdə ilk dəfə Ağdamda, Quzanlı Olimpiya kompleksinin meydançasında meydana çıxdı. Azerisport.az xəbər verir ki,Azərbaycan derbisi sayılan “Qarabağ”– “Neftçi”görüşü bir sıra tarixi məqamlarla yadda qaldı.
 
2000 yerlik arenada 3000-dən çox azarkeşin izlədiyi oyunda “Qarabağ” 5-ci dəqiqədə hesabı açdı. Adamiya Aqollinin sol cinahdan asmasına başla dəqiq toxundu və qol pərdəsini açdı. Bu 30 yaşlı forvardın çempionatda 15-ci qolu olmaqla yanaşı, bombardirlər yarışında əks düşərgədə olan Bahodir Nasimova çatmasına səbəb verdi. Amma bu hələ son deyildi. 8 dəqiqə sonra Sadiqovun qapıya zərbəsi  müdafiəçilərdən döndü. Amma fürsətciliyini göstərən gürcü bu dəfə də hamıdan qabaq tərpənərək üstünlüyü 2 qat artırdı. İkinci yarının startında isə komanda böyük hesablı qələbəni rəsmiləşdirdi. Rəşad Sadiqova qarşı kobudluqdan sonra Adamiya het-trikini reallaşdıraraq,qollarının sayını 17-yə çatdırdı. Maraqlıdı ki, ötən il bu meydanda baş tutan eyni görüşdə “Qarabağ”2:0 qələbə qazanmış, Adamiya dublla yadda qalmışdı. Ümumiyyətlə, “Adam”Azərbaycan çempionatlarında vurduğu qolları 52-yə çatdıraraq ən məhsuldarlar siyahısında 28-ci sıraya yüksəldi.
 
Beləliklə, ağdamlılar sonuncu ev oyununda 3:0-lıq qələbə qazanaraq gümüş uğrunda mübarizəsini davam etdirdi. “Qarabağ” bu qələbəylə mövsümün ən yaxşı ev komandası olduğunu göstərdi. Komanda evdə ən çox xal toplayan komanda oldu – 36 xal. “Qarabağ” eyni zamanda cari mövsüm 4-cü 3:0-lıq qələbəsini qazandı. Daha öncə, “Gəncə”, MOİK, “Qəbələ” eyni aqibətə düçar olmuşdu. “Qarabağ” eyni zamanda tarixində ilk dəfə paytaxt klubunu  böyükhesabla məğlub etdi. “Neftçi” üzərində qələbə komandanın Quzanlıda ilk böyükhesablı qələbəsi kimi tarixə düşdü.
 
Eyni zamanda Adamiyanın het-triki eyni zamanda 5 illik sindroma son qoydu. Beləki, “Adam” 2006-cı ildən sonra “Qarabağ”da het-trik edən ilk futbolçu oldu. Sonuncu dəfə “Qarabağ”da Samir Musayev 2005-2006 mövsümündə aprelin 21-də baş tutmuş “Göyəzən” – “Qarabağ” oyununda (1:3) 3 dəfə qola sevinmişdi. Başqa sözlə, 1848 gün sonra “Qarabağ”ın oyunçusu het-triklə yadda qaldı. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.