14 may 2011 13:32
Berti Foqts U-16-nın oyununda
Xəbər verdiyimiz kimi, bu gün saat 16:00-da, Mərdəkandakı “Dalğa” stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqs oyunu stadionda izləyəcək.
