15 may 2011 00:44
Millimiz gürcülərdən qisasını ala bilmədi (YENİLƏNİB)
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, komandamızın üzvləri gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.
Qeyd edək ki, görüş Mərdəkandakı “Dalğa” stadionunda baş tutub. Qarşılaşma 2:1 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Mansur Nəhavəndi fərqlənib.
Onu da xatırladaq ki, bu matç millimiz üçün bir revanş xarakteri daşıyırdı. Çünki tərəflər arasında iki gün öncə keçirilən oyunda gürcülər komandamızı 3:1 hesabıyla məğlub etmişdilər. Lakin göründüyü kimi komandamız cavab görüşündə də oxşar uğursuzluqla üzləşdi.
Yoldaşlıq oyunu
14 may
AZƏRBAYCAN - GÜRCÜSTAN - 1:2
