14 may 2011 16:32
Millimizin iki üzvü ən yaxşı seçildi
Moldovanın Kişinyov şəhərində təşkil olunmuş “FA of Moldova Cup” turniri başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunmuşdur. Azerisport.az xəbər verir ki, turnirdə çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bütün rəqiblərini qabaqladığı üçün baş mükafat sahib çıxıb.
Lakin eyni zamanda komandamızın iki üzvü də turnirin ən yaxşısı adına yiyələnib. Belə ki, komandamızın çərçivə qoruyucusu Əyyub Əliyev Moldovadakı turnirin ən yaxşı qapıçısı elan olunub. Komandamızın hücumçusu Orxan Əliyev isə ən yaxşı forvard kimi mükafatlandırılıb. Sonda çempionluq kuboku komandamızın kapitanı Əyyub Əliyevə təqdim olunub.
